Yuri Dud
Yuri Dud (rus. Юрий Дудь; 11 oktyabr 1986, Potsdam) — rusiyalı jurnalist və videobloqqer. Sports.ru nəşrinin baş redaktoru.
== Həyatı ==
Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub. Milliyyətcə ukraynalıdır. 1990-cı ildən Rusiyada yaşayır. 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.
11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib.